Kəlbəcərdə azərbaycanlı və erməni hərbçilər arasında münaqişə - Video

saytların hazırlanması

Evə çatdırılma

Kəlbəcərdə azərbaycanlı və erməni hərbçilər arasında münaqişə - Video

Hadisə

26 Noyabr 2020 21:51 6125


Kəlbəcərin Zod qızıl mədəni ərazisində mübahisəli vəziyyət yaranıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.

Azərbaycanla Ermənistan arasında sərhəd delimitasiya edilmədiyindən burada Zod qızıl yatağı ərazisində ermənilər təxribata əl atıblar.

Bir sıra erməni “Telegram” kanallarında Azərbaycan hərbçilərinin əraziyə gələrək qızıl mədəninin boşaldılmasını tələb etdiyi yazılır.

Erməni tərəfi bu ərazinin onlara aid olduğunu iddia edir. Mədəndə işləyən işçilər hazırda danışıqların aparıldığını və danışıqlarda Ermənistan hökuməti nümayəndələrinin də iştirak etdiyini qeyd edirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!