30 Sentyabr - 01:09
Kəlbəcərdə minaya düşən komandir ziyarət olundu

Kəlbəcərdə minaya düşən komandir ziyarət olundu

Sosial

01 Avqust 2022 22:22 763


Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları Kəlbəcər rayonunda minaya düşmüş Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin komandiri Vüqar İsbəndiyarovu ziyarət ediblər.

Yenisabah.az xəbər verir ki, bu barədə Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, Ombudsman Səbinə Əliyevanın tapşırığı əsasında hərbçi ilə keçirilmiş növbəti ziyarət zamanı ona bir daha Ombudsmanın adından şəfa diləkləri çatdırılıb, sağlamlıq vəziyyəti və qayğıları öyrənilib. Görüşdə hərbçinin səhhətinin stabil olduğu bildirilib.

V.İsbəndiyarov mütəmadi olaraq vəziyyətinin diqqətdə saxlanılmasına görə Ombudsmana minnətdarlığını ifadə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!