Kəlbəcərdə minaya düşənlərin vəziyyəti necədir? - TƏBİB açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Kəlbəcərdə minaya düşənlərin vəziyyəti necədir? - TƏBİB açıqladı

Sosial

15 Dekabr 2022 18:03 713


Dekabrın 14-də Kəlbəcərdə baş verən mina partlayışı zamanı xəsarət alan 3 nəfər (mülki vətəndaşlar olmaqla) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya yerləşdiriliblər. 

Bu barədə Yenisabah.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

"15 dekabr 2022-ci il saat 05:10 radələrində xəstəxanaya daxil olan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onlardan birinin müalicəsi Gəncə Beynəlxalq Xəstəxanasında davam edir. Vəziyyəti stabildir, sabah əməliyyat edilməsi nəzərdə tutulub. Xəsarət alan şəxslərdən ikisinin müalicəsinə isə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada davam edilir. Vəziyyətləri stabildir. Xəsarət alanların diaqnozları sağ baldır sümüyünün və daban sümüyünün sınığı olub".  pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!