16 Avqust - 05:02
Kəlbəcərdə şəhid olan əsgərimizin nəşi ailəsinə təhvil verildi

Kəlbəcərdə şəhid olan əsgərimizin nəşi ailəsinə təhvil verildi

Hadisə

06 Avqust 2022 14:11 573


Kəlbəcər rayonunda minaya düşərək şəhid olan əsgərimiz Əliyev Babək Əsgər oğlunun nəşi ailəsinə təhvil verilib. 

Yenisabah.az xəbər verir ki, şəhidlə vida mərasimi Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ kəndində keçiriləcək.

Vida mərasimindən sonra şəhidin cənazəsi doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində avqustun 5-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Babək Əsgər oğlu həlak olub./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!