“Kəmaləddin Heydərov məni pensiyaya göndərdi” – Məşhur general

saytların hazırlanması

Evə çatdırılma

“Kəmaləddin Heydərov məni pensiyaya göndərdi” – Məşhur general

Sosial

20 Yanvar 2023 11:33 9907


FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin sərəncama götürülən rəisi, general-leytenant Şahmar Paşayev pensiyaya göndərilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə manset.az-a açıqlamasında generalın özü məlumat verib.

"Mən hazırda pensiyadayam, Kəmaləddin Heydərov məni pensiyaya göndərib. Fövqəladə Hallar Nazirliyindən uzaqlaşmışam. 7 ildir işləyirdim, indi istirahət edirəm. İstirahət edəcəm, sonra baxım görüm nə edirəm". Dördpendirli pizza

Qeyd edək ki, Şahmar Paşayev ölkədə nüfuzlu generallardandır. O uzun illər polis orqanlarında çalışıb. Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, Şamaxı, Yasamal, Şirvan və Salyan rayonlarının polis rəisi vəzifələrində işləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!