Kəmaləddin Heydərovun atasının namizədliyi qeydə alındı -  Rəqiblərinin siyahısı
13 Yan 2020 16:48
6780

Kəmaləddin Heydərovun atasının namizədliyi qeydə alındı - Rəqiblərinin siyahısı

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun atası Fəttah Heydərovun deputatlığa namizədliyi qeydə alınıb.

“Yeni Sabah” xəbər verir ki, F.Heydərov 116 saylı Qəbələ seçki Dairəsindən namizəd olub. O, hazırda da Milli Məclisdə bu dairənin seçicilərini təmsil edir.

F. Heydərovdan başqa bu günə qədər sözügedən dairədən 10 nəfərin də namizədliyi qeydə alınıb. İndiki nəticələrə əsasən nazir atası Qəbələ şəhər 3 sayli tam orta məktəbin əməkdaşı Nərgiz Cəlilova, həkim İlham Əhmədov, YAP-ın namizədi Samir Əliyev, mühəndis Göyüş Hacızadə, fərdi əməkçi Ülfət Hümbətli, Qəbələ Müalicə Diaqnostika Mərkəzinin həkimi Səbinə Məmmədova, fərdi əməkçi David Musazadə, fərdi əməkçi Zahir Qəniyev, "Elvet" Steakhouse restoranının meneceri Elgin Xankişizadə və fərdi əməkçi Naməddin Yunusovla mübarizə aparacaq.

F. Heydərov 1995-ci ildən millət vəkilidir. O Milli Məclisin ən yaşlı deputatlarındandır. 

Kəmaləddin Heydərovun atasının namizədliyi qeydə alındı -  Rəqiblərinin siyahısı
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər