Kəmaləddin Heydərovun xanımı dövlət qurumuna ofis icarəyə verdi - Ayda 48 min manat
13 Avq 2020 10:43
26312

Kəmaləddin Heydərovun xanımı dövlət qurumuna ofis icarəyə verdi - Ayda 48 min manat

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ofis yerinin icarəsi üçün elan etdiyi tenderin qalibi məlum olub. 

Yenisabah.az xəbər verir ki, fevral ayında elan edilən tenderin nəticələri bir neçə gün əvvəl açıqlanıb və bəlli olub ki, qalib Heydərova Ruhəngiz Muxtar qızıdır. 

O, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşıdır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi hakim Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının üzvü, həmçinin SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sdəri olan olan Ruhəngiz Heydərovaya  ofis yerinin icarəsi üçün 48 840 AZN ödəyəcək. 

Mərkəzin icarəyə götürdüyü bina Mikayıl Useynov küçəsi, ev 63 ünvanındadır. 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər