Kənd təsərrüfatında ŞOK RƏQƏMLƏR – 1,1 milyard manat xərclənib, amma...

saytların hazırlanması

Evə çatdırılma

Kənd təsərrüfatında ŞOK RƏQƏMLƏR – 1,1 milyard manat xərclənib, amma...

İqtisadiyyat

14 Avqust 2026 17:57 205


2025-ci ildə Azərbaycanda kənd təsərrüfatı sektoru üzrə büdcə vəsaitlərinin 96,9%-i istifadə edilsə də, nəticə göstəricilərinin icrası 86,8% təşkil edib.

“Yeni Sabah” Plat.az-aa istinadla xəbər verir ki, bu, Maliyyə Nazirliyinin hesabatında əksini tapıb.

Hesabata əsasən, kənd təsərrüfatı sektoru üzrə 2025-ci ildə 1 milyard 156,5 milyon manat vəsait proqnozlaşdırılıb, bunun 1 milyard 120,9 milyon manatı istifadə edilib. Nazirliyin monitorinqinə görə, sektorun strateji planında müəyyən edilmiş hədəflərə qismən nail olunub. pizza mizza

Monitorinq nəticəsində sektor üzrə 132 nəticə göstəricisinin 102-də proqnozla müqayisədə 4 faiz bəndindən artıq kənarlaşma müəyyən edilib. 2024-cü ildə belə göstəricilərin sayı 50 olub. Beləliklə, kənarlaşma qeydə alınan nəticə göstəricilərinin sayı bir ildə 52 vahid və ya 104% artıb.

Büdcə vəsaitlərinin icrasında da kənarlaşmalar artıb. 2025-ci ildə 20 tədbir üzrə vəsaitin icrasında 4 faizdən artıq kənarlaşma müşahidə olunub. 2024-cü ildə belə tədbirlərin sayı 14 idi. Maliyyə Nazirliyinin hesabatında qeyd olunur ki, bu, bir sıra tədbirlərdə planlaşdırma və icra arasında uyğunsuzluqların artdığını və müəyyən istiqamətlərdə icra problemlərinin davam etdiyini göstərir.

Ayrı-ayrı tədbirlər üzrə daha aşağı icra göstəriciləri qeydə alınıb. Aqrar Kredit və İnkişaf Agentliyinin cari əməliyyat xərclərinin maliyyələşdirilməsi üzrə vəsaitlərin 21,1%-i, dövlət proqramlarının icrasının təmin edilməsi üzrə 34,3%-i, konsaltinq və digər xidmətlər üzrə 34,4%-i, ortofotoların hazırlanması və süni intellektin tətbiqi üzrə isə 42,1%-i istifadə edilib.

Aqrar sığorta üzrə də kənarlaşmalar qeydə alınıb

Hesabatda aqrar sığorta istiqaməti üzrə də proqnoz və icra arasında fərqlər göstərilib. “Aqrar sahənin sığorta xidmətləri ilə təminatı” proqramı üzrə vəsaitlərin istifadə səviyyəsi 57,1%, nəticələrin orta icrası isə 91,1% olub. Proqram üzrə 4 tədbirdən 3-də və 11 nəticə göstəricisindən 10-da kənarlaşma qeydə alınıb.

Əkin və çoxillik əkmələrin güzəştli şərtlərlə sığorta hadisələrindən sığortalanması tədbiri üzrə vəsaitlərin icrası 74,6% təşkil edib.

Bundan əlavə, Aqrar Sığorta Fondunun nizamnamə kapitalının artırılması üçün büdcədə vəsait nəzərdə tutulsa da, həmin vəsait istifadə edilməyib və icra 0% olub. Hesabatda bunun səbəbi göstərilmir.

Büdcədə vəsait nəzərdə tutulmasına baxmayaraq, kənd təsərrüfatı və ərzaq məhsullarının satışı yarmarkalarının təşkili və ozonlaşdırma texnologiyasının tətbiqi ilə yerli sortların məhsuldarlığının artırılması tədbirləri üzrə də vəsait istifadə edilməyib. Ozonlaşdırma ilə bağlı tədbirdə bu hal son iki ildə müşahidə olunub.

Hesabatda ərzaqla özünütəminetmə göstəricilərindəki dəyişikliklərə də diqqət çəkilib. 2021–2025-ci illərdə ət və ət məhsulları, tərəvəz, bostan məhsulları, meyvə və giləmeyvə üzrə artım qeydə alınsa da, buğda, dənli və paxlalılar, süd və süd məhsulları üzrə əks dinamika müşahidə edilib. Xüsusilə buğda ilə özünütəminetmə səviyyəsinin azalması qeyd olunub.

Maliyyə Nazirliyi kənd təsərrüfatının iqlim dəyişiklikləri, su ehtiyatlarının məhdudluğu, quraqlıq və digər təbii amillərdən yüksək asılılığının sektorun dayanıqlılığı üçün əlavə risklər yaratdığını da bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!