“Bu gün bəzi məcburi köçkün vətəndaşlarımız yaşadıqları kəndlərdə qazla bağlı problemlər var. Məsələn, Saatlının bir Nərimankənd kəndi var. Müraciət etmişik, məsələ qaldırmışıq, ancaq hələ də nəticə yoxdur”.
Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov bu gün parlamentin iclasında deyib. Millət vəkili bildiirb ki, işğaldan azad edilmiş bölgələrdə yeni kəndlər inşa olunarkən yerli əhalinin rəyi nəzərə alınmalıdır:
“Kəndlərin birləşdirilməsi məsələsi gündəmdədir və bu təbiidir. Ancaq hesab edirəm kəndlər salınarkən mümkün qədər yerli əhalinin rəyi nəzərə alınmalıdır. Məsələn, Cəbrayılın bir Fuğanlı kəndi var. Onu götürüb birləşdiriblər Horovlu kəndinə. Halbuki əvvəlki dövrdə həmin kənd onunla eyni xəttdə yerləşən Şükürbəyli və Şıxalağılı kəndi ilə bir yerdə olub”. Marqarita pizza
Telegram kanalımız