“Kəndli”, “Qorqud”, “İdrak” – Azərbaycanda qeydiyyatdan keçmiş partiyaların siyahısı

saytların hazırlanması

Evə çatdırılma

“Kəndli”, “Qorqud”, “İdrak” – Azərbaycanda qeydiyyatdan keçmiş partiyaların siyahısı

Siyasət

11 Mart 2020 16:49 1078


Artıq bir neçə gündür ki, ölkədə fəaliyyət göstərən siyasi partiyalar Prezident Admnistrasiyasına dəvət olunur. 

Yenisabah.az xəbər verir ki, bu partiyaların arasında müxalifəti təmsil edənlərlə yanaşı, hakimiyyətin siyasi xəttini dəstəkləyənlər də var. Lakin dəvət olunan partiyalar arasında elələri var ki, onları ümumiyyətlə siyasi seqmentdə tanıyan yoxdur. 

Məsələn, “Qorqud”, yaxud “Azərbaycan mübarizləri” partiyaları. Bəs ümumiyyətlə, Azərbaycanda qeydiyyatdan keçmiş neçə siyasi partiya fəalyyət göstərir və onlar hansılardır? 2018-ci ilin statistikasına görə ölkədə 55 partiya qeydiyyatdan keçib. Bu partiyalar aşağıdakılardır: Pepperoni pizza

1. Azərbaycan Milli İstiqlal Partiyası    

2. Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası    

3. Azərbaycan Xalq Demokratik Partiyası    

4. “Ana Vətən” Partiyası    

5. Milli Demokrat İdrak Partiyası    

6. Azərbaycan Kəndli Partiyası    

7. Vətəndaş Həmrəyliyi Partiyası    

8. Müsavat Partiyası    

9. “Birlik” Partiyası    

10. Yeni Azərbaycan Partiyası    

11. Vahid Azərbaycan Milli Birlik Partiyası    

12. Vahid Azərbaycan Partiyası    

13.  Demokratik Azərbaycan Dünyası Partiyası    

14.  Müstəqil Azərbaycan Partiyası    

15.  Milli Qurtuluş Partiyası    

16.    Azərbaycan Yurddaş Partiyası    

17.    Azərbaycan Ümid Partiyası    

18.    “Qorqud” Partiyası    

19.    Azərbaycan Milli Hərəkat Partiyası    

20.    Azərbaycan Kommunist Partiyası    

21.    Azərbaycan Milli Dövlətçilik Partiyası    

22.    Azərbaycan Vətənpərvərlər Partiyası    

23.    Azərbaycan Demokratik Sahibkarlar Partiyası    

24.    Azərbaycan Naminə Alyans Partiyası    

25.    Azərbaycan Demokratik Maarifçilik Partiyası    

26.    Azərbaycan Sosial Rifah Partiyası    

27.    Azərbaycan Liberal Partiyası    

28.    Azərbaycan Sosial Demokrat Partiyası    

29.    Azərbaycan Xalq Cəbhəsi Partiyası    

30.    Azərbaycan Vahid Kommunist Partiyası    

31.    Sosial Ədalət Partiyası    

32.    Milli Konqres Partiyası    

33.    Vəhdət Partiyası    

34.    Azərbaycan Respublikaçılar Partiyası    

35.    Azərbaycan Xalq Partiyası    

36.    Azərbaycan Liberal Demokrat Partiyası    

37.    Azərbaycan Demokrat Partiyası    

38.    “Azərbaycan Mübarizləri” Partiyası    

39.    “Ədalət” Partiyası    

40.    “Milli Vəhdət” Partiyası    

41.    Müasir Musavat Partiyası    

42.    Azərbaycan Azad Respublikaçılar Partiyası    

43.    Böyük Quruluş Partiyası    

44.    Azadlıq Partiyası    

45.    Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası    

46.    Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 

47.    Azərbaycan Tərəqqi Partiyası    

48.    Böyük Azərbaycan Partiyası    

49.    Azərbaycan Təkamül Partiyası    

50.    Vətəndaş Birliyi Partiyası    

51.    Klassik Xalq Cəbhəsi Partiyası    

52.    Vətəndaş və İnkişaf Partiyası    

53.    Azərbaycan Milli Demokrat Partiyası    

54.    Aydınlar Partiyası    

55.    Milli Dirçəliş Hərəkatı Partiyası

2018-ci ildən bu yana hansısa siyasi partiyanın qeydiyyata alınması barədə hər hansı rəsmi məlumat yoxdur. Siyahıdakı partiyalardan isə AXCP qeydiyyat problemi yaşayır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!