Kennedi ailəsi yenidən prezidentlik iddiasındadır

saytların hazırlanması

Evə çatdırılma

Kennedi ailəsi yenidən prezidentlik iddiasındadır

Dünya

04 Mart 2023 13:44 638


ABŞ-ın 35-ci prezidentinin Con Kennedinin qardaşı oğlu Robert Kennedi Cunior ölkə prezidenti vəzifəsinə namizədliyini irəli sürmək niyyətindədir.

Yenisabah.az “Fox News” telekanalına istinadla xəbər verir ki, 69 yaşlı Kennedi Nyu-Hempşirdə keçirilən tədbirdə bu barədə düşündüyünü qeyd edib.

O bildirib: “Mən əsas maneəni dəf etdim. Artıq həyat yoldaşımdan yaşıl işıq almışam”. pizza sifarişi

Siyasətçi senator Robert Kennedinin (1925-1968) oğlu və keçmiş Amerika lideri Con Kennedinin (1917-1963) qardaşı oğludur. O, daha çox ətraf mühit fəalı kimi tanınır.

Telekanal vurğulayır ki, siyasətçi 2024-cü ildə keçiriləcək seçkilərdə ABŞ Demokrat Partiyasından namizəd olmaq niyyətindədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!