Kəramət Böyükçöl gördüyündən yazdı: “İnsanlar vəhşiləşib”

saytların hazırlanması

Evə çatdırılma

Kəramət Böyükçöl gördüyündən yazdı: “İnsanlar vəhşiləşib”

Sosial

22 İyul 2026 11:57 135


Yazıçı Kəramət Böyükçöl cəmiyyətdə müşahidə etdiyi sosial problemlərdən bəhs edib.

“Yeni Sabah” xəbər verir ki, o, rayonlarda qiymətlərin süni şəkildə artırıldığını, insanların qazanc naminə hər vasitəyə əl atdığını bildirib.

Yazıçı bildirib ki, yol kənarında satılan oyuncaqların həddindən artıq baha qiymətə təklif olunması valideynlərin məcburiyyətindən istifadə etmək cəhdidir: Toyuqlu pizza

“Rayonlarda dəhşət bahaçılıqdır. Şəhər köşklərində 40 qəpik olan bir oyuncağı yolun qırağında 10 manata qoyurlar. Öz də oyuncağı yolun qırağına tələ kimi qoyurlar. Bilirlər ki, uşaq maşından görüb istəyəcək, atası da məcbur olub alacaq. Bir tərəfdən də oyuncağı satana baxırsan, özü də uşaqdır. Kasıbçılıq, alverçilik uşağın xarakterində elə murdar xüsusiyyətlər əmələ gətirib. İnsanlar vəhşiləşib. Pul, pul, pul, ancaq pul...

Tanrı göydə nədirsə, pul yerdə odur. Həkimlər saxta firma dərmanları yazır. Məqsəd pul. Apteklər saxta dərmanlar satır. Məqsəd pul. Yüzlərlə, minlərlə şey saymaq olar. Məqsəd puldur. Ölkədə hansı idealogiyanı qaldırırsan, altından pul çıxır. Elə bil Azərbaycan xalqını doldurublar bir qutuya, deyiblər ki, hamınız bir-birinizin əti, canı, qanı, iliyi ilə dolanın. Yeyin bir-birinizin ətini, canını, bir-birinizin qanını için, axırda da bir-birinizdən iyrənin ki, birləşib bizə qarşı çıxa bilməyəsiniz”.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!