Yazıçı Kəramət Böyükçöl “Qarabağ”ın “Çelsi” ilə oyunundakı nəticəni “qələbəyə bərabər heç-heçə” adlandırıb.
“Yeni Sabah” xəbər verir ki, o, əvvəlcə bu hesabın qeydə alınacağı halında 100 tələbəyə kitab hədiyyə edəcəyinə söz vermişdi. Lakin nəticədən təsirlənərək 136 tələbəyə kitab bağışlayıb:
“Təki oxuyun. İnanıram ki, oxuyacaq və bir nəticə çıxaracaqsınız. Uğurlar, Qarabağ FK!” Dördpendirli pizza
Kəramət Böyükçöl xatırladıb ki, əvvəlcə “Qarabağ” qalib gəlsə, 20 min kitab hədiyyə edəcəyini vəd etmişdi, lakin oyun heç-heçə nəticələndiyi üçün 136 tələbəyə kitab bağışlayıb.
Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib. Ağdam təmsilçisi Bakıda “Çelsi”ni qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Əsmətxanım
Telegram kanalımız