Kərim Abbasov idmansız arıqlama sirrini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Kərim Abbasov idmansız arıqlama sirrini açıqladı

Şou

07 Oktyabr 2025 17:36 516


Müğənni Kərim Abbasov şəxsi həyatı və gündəlik vərdişlərindən söz açıb.

Yenisabah.az xəbər verir ki, o, “Qonaqcanlı” verilişində həm evindəki dəyişikliklərdən, həm də şəxsi zövqlərindən danışıb:

“Evimi yeni təmir etdirmişəm, hələ tam yerbəyer olmamışam. Bütün paltarlarım evin ortasındadır, çünki qarderob yığdırıram. Eynək kolleksiyam var, hər biri mənim üçün ayrıca xatirə və məna daşıyır”. Pepperoni pizza

Son zamanlar xeyli arıqlamış Kərim Abbasov formada qalma sirrini də açıqlayıb. Onun sözlərinə görə, idman etmədən, sadəcə düzgün qidalanmaqla çəki atıb:

“Son vaxtlar arıqlamışam, amma idman etmirəm. Özümə sadəcə yaxşı baxıram, türkəçarə üsulları ilə qidalanıram. Çörək yemirəm, gün ərzində maksimum 2 dəfə qidalanıram. Daha çox pomidor, pendir və az miqdarda salatla kifayətlənirəm”.

Sənətçi qeyd edib ki, bu həyat tərzi ona həm fiziki, həm də ruhi cəhətdən özünü daha yaxşı hiss etdirməyə kömək edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!