Müğənni Kərim Abasov dünən "İnstagram" paylaşımı ilə izləyicilərini aldadıb.
"Yeni Sabah" xəbər verir ki, o, ötən gün günorta saatlarında Lalə Mustafayevanın fotosunu paylaşaraq, aparıcının “Maşın” şouda qalib olduğunu yazmışdı: “Lalə təbrik edirəm, maşının qalibi”.
Kərim maşının əsl qalibinin Suna Kasımoğlu olduğu ortaya çıxandan sonra izləyicilərin hiddəti ilə qarşılaşıb. Sosial şəbəkə istifadəçiləri ifaçın ünvanına tənqidlər və təhqirlər yazıblar. Onlar bildirib ki, Kərim izləyici yığmaq üçün bu addımı atıb. /Baku.ws

Telegram kanalımız