Kərim Vəliyev pakistanlı vəzifədaşı ilə müzakirələr apardı

saytların hazırlanması

Evə çatdırılma

Kərim Vəliyev pakistanlı vəzifədaşı ilə müzakirələr apardı

Rəsmi

25 Avqust 2026 16:08 69


Müdafiə nazirinin birinci müavini – Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Azərbaycanda səfərdə olan Pakistanın Müdafiə Qüvvələri Qərargahının Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəisi general-mayor Məhəmməd İmran Xan Babarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdə ölkələr arasında münasibətlərin dostluq və qardaşlığa söykəndiyini qeyd edən general-polkovnik K.Vəliyev strateji tərəfdaşlığımızın hazırkı vəziyyətindən məmnunluq ifadə edib. pizza hut

Baş Qərargah rəisi müdafiə qurumlarımızın rəhbər heyətləri arasında həyata keçirilən mütəmadi görüşlərin hərbi əlaqələrimizə yeni dinamika və məzmun qatdığını qeyd edib.

Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən general-mayor M.İ.X.Babar qarşılıqlı görüşlərin ölkələrin ikitərəfli hərbi əməkdaşlığına müsbət töhfələr verdiyini bildirib.

Tərəflər həmçinin hərbi təhsil, hərbi-texniki, birgə təlimlər və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!