Kərim Vəliyev Quru Qoşunlarında müşavirə keçirib, göstərişlər verdi

saytların hazırlanması

Evə çatdırılma

Kərim Vəliyev Quru Qoşunlarında müşavirə keçirib, göstərişlər verdi

Sosial

29 İyun 2023 13:17 600


Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Quru Qoşunlarının Döyüşü İdarəetmə Mərkəzində idarə heyəti ilə xidməti müşavirə keçirib, əməliyyat şəraiti ilə bağlı məruzələri dinləyib.

Bu barədə “Yeni Sabah”a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Baş Qərargah rəisi Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları aidiyyəti üzrə çatdırıb, onların dəqiq və vaxtında yerinə yetirilməsi məqsədilə bölmələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, silah və texnikanın effektiv tətbiqi ilə bağlı müvafiq göstərişlər verib. Sezar pizza

Qeyd edək ki, 26 İyun - Silahlı Qüvvələr Günü və Qurban bayramı münasibətilə müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər vəzifəli şəxsləri Quru Qoşunları komandanlığında və Qarabağ iqtisadi rayonunda yerləşən hərbi hissələrdə olublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!