Kəskin soyuqlarla bağlı xəbərdarlıq - Umayra Tağıyeva ELAN ETDİ

Kəskin soyuqlarla bağlı xəbərdarlıq - Umayra Tağıyeva ELAN ETDİ

Sosial Veb saytların hazırlanması

28 Noyabr 2023 14:43 17643


"Yaxın on gün ərzində hava kəskin soyumayacaq".

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Bakıda qlobal iqlim dəyişmələri mövzusunda keçirilən dəyirmi masada jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hava ilə bağlı uzunmüddətli proqnoz vermək doğru deyil: "Hava ilə bağlı daha etibarlı proqnozlar 3-4 günlük və bir həftəlik olur. Bundan daha uzun müddətə nəsə söyləmək düzgün deyil. Bu, yalnız fərziyə ola bilər".

Nazir müavini bildirib ki, qışda hava şəraitinin soyuq keçəcəyi istisna edilmir: "Ancaq yaxın həftə, on gün ərzində havanın temperaturunun kəskin şəkildə aşağı düşəcəyini gözləmirik"./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!