Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasının sədri, Əməkdar hüquqşünas İkram Kərimov vəfat edib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə E-hüquq.az məlumat yayıb.
O, 84 yaşında dünyasını dəyişib. Marqarita pizza
İ.Kərimov 1966-1978-ci illərdə Bakı şəhərinin Oktyabr (Yasamal), Qusar və Xaçmaz rayon prokurorluqlarında müstəntiq, Azərbaycan SSR Prokuroru yanında mühüm işlər müstəntiqi vəzifələrində, 1978-1987-ci illərdə Bakı şəhər Əzizbəyov (Xəzər) rayon prokuroru, Bakı şəhər prokurorunun birinci müavini – İstintaq Şöbəsinin rəisi işləyib. 1987-2012-ci illərdə Bakı Şəhər Məhkəməsinin sədri, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin sədri və Sumqayıt Apelyasiya Məhkəməsinin sədri vəzifələrində çalışıb.
Ali Məhkəməyanında və Polis Akademiyasında Elmi-Məsləhət Şurasının üzvü olub. Dəfələrlə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasında Dövlət İmtahan Komissiyalarına sədrlik edib. 2017-ci il aprelin 14-dən Azərbaycan Respublikasının Bank Ombudsmanı idi. O, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə 14 yanvar 2019-cu il tarixində Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilərək Kollegiyanın Ağsaqqallar Şurasının sədri seçilib.
Telegram kanalımız