“Kibercinayətlərə görə cəzalar sərtləşdirilməlidir” – Əliməmməd Nuriyev

saytların hazırlanması

Evə çatdırılma

“Kibercinayətlərə görə cəzalar sərtləşdirilməlidir” – Əliməmməd Nuriyev

Sosial

02 Noyabr 2021 10:20 1010


Proqnozlara görə, 2021-ci ildə dünyada kibercinayətkarlıq nəticəsində dəymiş ziyanın ümumi məbləği 6 trilyon dollara bərabər olacaq. 2022-ci ildə bu göstərici 8 trilyon dollara çatacaq. 

Yenisabah.az-a açıqlama verən Konstitusiya Araşdırmaları Fondunun prezidenti, Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, hazırda kibercinayətkarlıqla bağlı beynəlxalq əməkdaşlıq yetərli qədər deyil:

“Hər 14 saniyədən bir kiberhücumlar baş verir və bu, milli təhlükəsizliyə də təsir edir. İstənilən kiberhücum övlət orqanlarının fəaliyyətini iflic edə, iqtisadiyyata böyük ziyan vura bilər,. pizza hut

Əliməmməd Nuriyevin sözlərinə görə, Cinayət Məcəlləsində də kibercinayətlərlə bağlı 30-cu fəsil yer alır: 

“Bu fəsildə kibercinayətkarlığın müxtəlif növləri əleyhinə qarşı mübarizələr göstərilməkdədir. CM-də bu məsələ ilə bağlı məsuliyyət cinayətin növündən, təkrarından, vəzifəli şəxs tərəfindən edilib-edilməməsindən asılıdır. Qanunvericilikdə cinayətin bu növündə 3 il müddətində müəyyən vəzifə və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 4 mindən 6 minə qədər cərimə, 3 ildən 4 ilə qədər azadlıqdan məhrum edilmə nəzərdə tutulur. Kompüter məlumatlarının qanunsuz ələ keçirilməsi zamanı isə 4 ildən 6 ilə qədər azadlıqdan məhrum edilmə və cərimə cəzası tətbiq edilir.

Azadlıqdan məhrum etmə cəzası maksimum 6 il həbsi nəzərdə tutulur. Düşünürəm ki, bunun daha da artırılmasına ehtiyac vardır. Əgər dövlətin təhlükəsizlik sistemində terror aktlarına çağırılma varsa, terror aktları üçün adam və vəsait toplama varsa, bu zaman artıq ömürlük azadlıqdan məhrum edilmə də tətbiq edilə bilər. 

Kompüter məlumatlarının saxtlaşadırılmasına görə də müəyyən cəza kəsilir, lakin terror aktları üçün istifadə edilən hərəkətlər dələduzluq olaraq dəyərləndirilir”.

Ayzel


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!