Kılıçdaroğlu-İmamoğlu qarşıdurması böyüyür - 17 yer uğrunda çəkişmə

Kılıçdaroğlu-İmamoğlu qarşıdurması böyüyür - 17 yer uğrunda çəkişmə

Siyasət Veb saytların hazırlanması

05 İyun 2023 12:12 1419


CHP-nin idarə heyəti uğrunda Kılıçdaroğlu ilə İmamoğlu tərəfdarları arasında qarşıdurma genişlənir. 

Ötən cümə axşamı CHP-nin 17 üzvünün istefası ilə nəticələnən idarə heyətinin toplantısından sonra hər kəsi düşündürən bir sual var: İdarə Heyətinin yeni üzvləri kimlər olacaq? Bildirilir ki, heyətdə təmsil olunmaq üçün Kılıçdaroğlu ilə İmamoğlu tərəfdarları arasında əməlli-başlı mübarizə başlayıb.

Məlumata görə, bəzi namizədlər özlərini idarə heyətinə daxil etmək üçün günlərlə lobbiçilik ediblər.

Digər tərəfdən, son zamanlarda Kılıçdaroğlu ilə tez-tez görüşən İmamoğlunun partiya üzərindəki nəzarətini tədricən artırması diqqət çəkir. Elə CHP qrupunun sədr müavini təyin edilən Gökhan Günaydın da ona yaxınlığı ilə tanınır. Keçmişdə Kılıçdaroğluna qarşı olması ilə yadda qalan Günaydının təyinatında İmamoğlunun böyük rol oynadığı iddia edilir.

İmamoğlunu prezidentlik yarışında rəqib kimi görmək istəməyən Kılıçdaroğlunun gələcəkdə yeni güzəştlərə gedə biləcəyi də bildirilir.//Publika.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!