Kişi qadının soyadını götürürsə... - “Bunda kommersiya maraqları var”

saytların hazırlanması

Evə çatdırılma

Kişi qadının soyadını götürürsə... - “Bunda kommersiya maraqları var”

Sosial

22 İyul 2026 09:25 272


Adam var üzündən utanır, adam var adından utanır, adam da var soyadından xəcalət təri tökür.

Psixoterapevt Azad İsazadə deyir: “Kişinin arvadının soyadını götürməsi psixoloji pozuntu kimi qiymətləndirilməməlidir”

Fakt budur ki, bəzi kişilərin evləndikdən sonra öz soyadlarından imtina edərək xanımın əcdadına söykənməsi Azərbaycan cəmiyyətində bəyənilmir. Bununla belə, 2026-da 6 güclü cins nümyəndəsi (2025-ci il – 52, 2024 – 62, 2023 –109) ailə qurduğu zərif cins nümayənsəinin soyadını götürüb. Pepperoni pizza

Psixoterapevt Azad İsazadə “Yeni Sabah”a bildirib ki, bu təzahürə nadir hallarda rast gəlinməsinin səbəbləri var:

“Boşanmış ailələrdə böyüyən oğlanlar 18 yaşına qədər atasının soyadını daşıyır. Lakin qanun çərçivəsində soyadlarını dəyişmək hüququ əldə etdikdən sonra anasının soyadını götürənlər olur. Bunun əsas səbəbi ataları ilə münasibətlərinin yoxluğu, onlardan incik düşmələri və özlərini onları böyüdən anaya daha yaxın hiss etmələridir. Belə insanlar düşünürlər ki, məni böyüdən anam olubsa, onun soyadını daşımağım daha doğrudur”.

Azad İsazadə qeyd edib ki, bəzi hallarda soyad dəyişikliyi tamamilə şəxsi seçimdən irəli gəlir.

“Bəzən xanımın soyadı daha cəlbedici olur, kişinin isə öz soyadı xoşuna gəlmir. Eləcə də kommersiya maraqları və ya digər şəxsi səbəblərdən soyadını dəyişənlər var”.

Psixoterapevt vurğulayıb ki, bu cür qərarların arxasında mütləq psixoloji xəstəlik və ya patoloji vəziyyət axtarmaq doğru deyil.

“Mən burada patoloji hal axtarmazdım. Belə istəklər hansısa psixi pozuntu və ya sayıqlama ilə əlaqələndirilmir. Bu, həm çox nadir hallarda rast gəlinir, həm də əksər hallarda norma çərçivəsində olan fərdi seçim kimi qiymətləndirilməlidir”.

Aytəkin Əzizqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!