Qısqanclıq bir çoxlarının daxilində mövcuddur. Bəziləri qısqanclığın tərəfdarı olsalar da, bir qism isə bunun müasir dövrə zidd olduğunu qeyd edirlər.
Son vaxtlar ailədaxili münaqişə nəticəsində baş verən qətllərin sayı artıb. Statustika göstərir ki, bu cür kriminal hadisələrin baş verməsində qısqanclıq əsas rol oynayır. Təkcə gənclərdə yox, hətta yaşı 60-ı ötmüş insanlarda da bu tendensiya müşahidə olunur.
Ötən həftə rayonlarımızın birində 70 yaşlı kişinin 67 yaşlı həyat yoldaşını kəsici alətlə qətlə yetirməsi bu müzakirələri daha da qızışdırdı. pizza hut
Bəs görəsən, qısqanclıq hansı həddə olmalıdır? Qısqanclığın yaşı varmı?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq Vəfa Əkbər bildirib ki, cütlüklər arasında olan toksik (zərərli) münasibətlərin sonu bəzən belə acınaclı bitə bilir:
“Ailə zəmnində baş vermis problemlərin çoxunun səbəbi ailədə toksik münasibətlərin olmasından qaynaqlanır. Ailədə fərdlərin bir-birinə hörmət etməməsi, sevgi, diqqət və bir-birinə istək olmadıqda bu cür problemlər yaranır. Fərdlər isə bu münasibəti davam etdirməyə özlərini borclu bilirlər. Onlar el qınağından çəkinərək və ya “uşağımın xətrinə” deyərək özlərini qurban verirlər. Nəticədə ailədə olan səmimiyyətsizlik, gərginlik artır, bu aqressiyaya səbəb olur. Aqressiya nəticəsində də affekt vəziyyəti yaranır”.
Onun sözlərinə görə, yaşı 60-ı ötmüş cütlüklər arasında baş verən problemlərin səbəbi qısqanclıqdan çox aqressiyadır:
“Bu məsələdə qısqanclıqdan daha çox aqressiya var. 60 yaşında insanın nəyini qısqanacaqlar? Bu çox nadir olan bir şeydir və paranoyanın verdiyi effektdir. Bizdə baş verən qətllərin çoxu isə qısqanclıqdan yox, ailədaxili keçimsizlik, narazılıqdan yaranır. Bunun səbəbi illərdir məcbur qalınmış evliliklərdir, buna son verə bilmədikləri üçün münasibət sonda tərəflərdən birinin canına bais olur”.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız