“KİV haqqında” qanun ləğv olunur

saytların hazırlanması

Evə çatdırılma

“KİV haqqında” qanun ləğv olunur

Sosial

18 İyun 2021 01:00 1201


“Media haqqında” yeni qanun layihəsi artıq hazırdır. Bu sənədin yaxın zamanlarda Milli Məclisə təqdim edilməsi gözlənilir. Qanun layihəsi ilə tanış olmuşam, kifayət qədər müasir sənəddir”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Modern.az-a Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O qeyd edib ki, “Media haqqında” qanun layihəsində medianın vəzifələri, media-cəmiyyət, media-hakimiyyət məsələləri, jurnalistlərin hüquqları kifayət qədər müasir tələblər əsasında qoyulur:

“Bu qanuna ehtiyac var idi. Yeni qanun mediada yaranmış hərc-mərcliyi aradan qaldıracaq, medianın cəmiyyətdə yerini və rolunu beynəlxalq standartlara uyğunlaşdıracaq. Əminəm ki, qanun layihəsi qəbul olunacaq. Bununla media sahəsində qanunvericilik baxımından yeni mərhələ başlayacaq”. pizza mizza

Ə. Amaşov hesab edir ki, yeni qanun layihəsi qəbul edilən kimi qüvvədə olan qanuna ehtiyac qalmayacaq: 

““Kütləvi İnformasiya Vasitələri haqqında” qanun layihəsinin ləğv ediləcəyini demək hələlik tezdir. Çünki yeni qanun layihəsi parlamentdə müzakirəyə çıxarılmalı, təsdiq edilməlidir. Amma “Media haqqında” qanun layihəsi qəbul edilərsə, çox güman ki, “KİV haqqında” köhnə qanuna ehtiyac qalmayacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!