KİV: İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçdi

saytların hazırlanması

Evə çatdırılma

KİV: İranda hakimiyyət faktiki olaraq SEPAH-ın əlinə keçdi

Dünya

28 Aprel 2026 21:53 97


ABŞ ilə davam edən münaqişə və ali lider Əli Xameneinin ölümü fonunda İranda hakimiyyət getdikcə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyinin əlində cəmləşir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Reuters" adı açıqlanmayan iranlı rəsmilərə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, hərbi və siyasi qərarların qəbul mərkəzi Ali Milli Təhlükəsizlik Şurası, Ali rəhbərin dəftərxanası və SEPAH rəhbərliyindən ibarət məhdud çevrənin əlindədir. Mənbələrin sözlərinə görə, ölkənin siyasi və dini elitası SEPAH-ın qərarlarına qarşı çıxmaq üçün kifayət qədər təsirə malik deyil.

Pakistanlı və iki iranlı rəsmi SEPAH komandanı Əhməd Vahidini əsas fiqur kimi göstəriblər. Onların fikrincə, formal olaraq hakimiyyət sisteminin zirvəsində duran Müctəba Xameneinin rolu faktiki olaraq generalların qəbul etdiyi qərarların legitimləşdirilməsi ilə məhdudlaşır. Təhlükəsizlik riskləri və aldığı xəsarətlər səbəbindən o, ictimaiyyət qarşısına çıxmır və SEPAH nümayəndələri vasitəsilə əlaqə saxlayır./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!