Kıvanç Tatlıtuğ sosial şəbəkəni niyə tərk etdi?   - Özü açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Kıvanç Tatlıtuğ sosial şəbəkəni niyə tərk etdi? - Özü açıqladı

Şou

08 Oktyabr 2026 21:53 83


Türkiyəli aktyor Kıvanç Tatlıtuğun qəfil "İnstagram" hesabını bağlaması pərəstişkarlarını təəccübləndirib. Məşhur aktyor nəhayət sosial şəbəkədən uzaqlaşmasının səbəbini açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, Kıvanç Tatlıtuğ qatıldığı film qalasında jurnalistlərin suallarını cavablandırıb. Aktyorun bir müddət əvvəl "İnstagram" hesabını bağlaması da gündəmə gəlib. Tatlıtuğ bunun arxasında xüsusi və ya ciddi səbəb olmadığını bildirib.

“Canım sıxıldı, belə istədim və bağladım. Bunun arxasında böyük və dramatik bir hekayə axtarmağa ehtiyac yoxdur. Açıq və dəqiq deyim. Onun əvəzinə gedib onlarla kitab aldım və çoxlu kitab oxudum”, - deyə aktyor bildirib. pizza sifarişi

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!