KİVDF Vüqar Səfərlinin qəzetinə pul ayırmadı
04 İyl 2020 18:02
507

KİVDF Vüqar Səfərlinin qəzetinə pul ayırmadı

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi üçün təşkil edilmiş müsabiqənin nəticələrini elan edib. 

Yenisabah.az xəbər verir ki, Müsabiqə Qaydalarına uyğun olaraq “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”nda təsbit olunmuş sahələr üzrə layihə-təkliflər təqdim etmiş qəzet redaksiyalarının müraciətlərinə baxılmış və aşağıda qeyd edilən qəzetlər göstərilən sahələr üzrə qalib elan olunub:

İndiyədək KİVDF-dən maliyyə yardımı ayrılan bu qəzetlər siyahıdan kənarda qalıb: “Kaspi” qəzeti, “Mövqe” qəzeti, “Üç nöqtə” qəzeti, “Palitra” qəzeti, “Oxu məni” qəzeti, “Hərbi And” qəzeti, “The Business Times” qəzeti.

Qeyd edək ki, “Mövqe” qəzeti KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərliyə məxsusdur.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər