Kiyevə kütləvi dron hücumu - Ölən və yaralılar var

saytların hazırlanması

Evə çatdırılma

Kiyevə kütləvi dron hücumu - Ölən və yaralılar var

Dünya

13 İyul 2023 09:55 1019


Ukraynanın paytaxt Kiyevə kamikadze dronları ilə kütləvi hücum edilib. 

Yenisabah.az xəbər verir ki, Kiyev şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə, zərərsizləşdirilən kamikadze dronlarının dağıntıları paytaxtın bir neçə rayonunda yaşayış binalarına ziyan vurub. 

Kiyev meri Vitali Kliçko bildirib ki, partlayışlar səbəbindən Solomen, Şevçenko, Podol və Darnitski rayonlarında təcili yardım xidmətlərinə bir neçə dəfə zəng olub.  Toyuqlu pizza

Kliçko vurğulayıb ki, Darnitski rayonunda yaşayış binasının fasadı dağılıb, hadisə nəticəsində yaralananlar var. Onlar xəstəxanaya yerləşdirilib. Bundan başqa, Podol rayonunda qeyri-yaşayış binasında olub. 

Digər ərazidə yanğın yerindən bir nəfərin meyiti tapılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!