Kliniki Tibbi Mərkəzdə işıqlar niyə söndü?   - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Kliniki Tibbi Mərkəzdə işıqlar niyə söndü? - Açıqlama

Sosial

24 Dekabr 2021 13:33 688


"Bu gün saat 11:30 radələrində Kliniki Tibbi Mərkəzi elektirik enerjisi ilə təmin edən yüksək gərgilikli hava xəttində açılma baş verib və elektirik enerjisi təxminən 10 dəqiqə sonra, saat 11:40-da tam bərpa olunub".

Yenisabah.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu məlumat verib.

O qeyd edib ki, mərkəzin bütün şöbələrində və ya korpuslarında ümumiyyətlə elektirik enerjisinin olmaması ilə bağlı yayılan məlumatlar əsassızdır: "Kliniki Tibbi Mərkəzin ümumilikdə 5 ədəd elektirik generatoru var və həmin zaman onlardan yalnız biri işə düşməyib. Bu da Mərkəzin Poliklinika şöbəsinin işinə təsir edib. Ağır xəstələrin olduğu digər şöbə və bölmələrdə elektirik enerjisinin verlişində problem yaşanmayıb. Bir daha bildiririk ki, elektirk enerjisinin verlişində baş verən qısa fasiləli problem Kliniki Tibbi Mərkəzin fəaliyyətinə, mərkəzdə olan ağır xəstələrin vəziyyətinə heç bir təsir etməyib". Marqarita pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!