Köçkün olmayan şəxslərə də Qarabağda ev verilə bilər - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Köçkün olmayan şəxslərə də Qarabağda ev verilə bilər - Açıqlama

Sosial

26 Oktyabr 2023 12:11 19816


İşğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma-bərpa işləri davam edir. Bu proseslərə paralel olaraq, Qarabağdan məcburi köçkün düşən insanlar, hətta digər bölgələrdən olan vətəndaşlar azad edilmiş rayonlarda yaşamaq arzularını bildirirlər.

Xankəndini azad edilməsindən, bölgədə dövlət bayrağının qaldırmasından sonra vətəndaşlar tərəfindən bu şəhərdə yaşamaq üçün çoxsaylı müraciətlər edilir. Qarabağlı olmayan, lakin orada yaşamaq istəyən xeyli şəxsin olduğunu sosial şəbəkələrdən də müşahidə etmək mümkündür.

Bəs görəsən, işğaldan azad olunmuş rayonlara köçüb yaşamaq istəyən digər bölgələrdən və Bakıdan olan şəxslər üçün bu mümkün olacaqmı? pizza

Məsələ ilə bağlı Yenisabah.az-a  Milli Məclisin deputatı Elman Məmmədov danışıb. O, qeyd edib ki, digər bölgələrdən olan vətəndaşların Qarabağda yaşamasında heç bir problem yoxdur:

“Azərbaycan vətəndaşları Azərbaycan dövləti ərazisində yaşayış yerini seçməkdə müstəqildirlər. Kimin hansı rayondan, hansı şəhərdən olmasının heç bir əhəmiyyəti yoxdur. Azərbaycan vətəndaşı müəyyən qanunvericilik qaydaları ilə ölkənin istənilən bölgəsində, şəhərində yaşamaq hüququna malikdir.

İşğaldan azad olunan bölgələrdə yaşamaq arzusunu bildirən vətəndaşlarımız çoxdur. İlkin mərhələdə azad olunmuş ərazilərimizə həmin ərazilərin sakinləri köçürüləcək. Daha sonra iş yerləri çoxalacaq, yaşayış binaları istifadəyə veriləcək, yerli əhalinin tələbatı ödəniləndən sonra digər bölgələrdən olan vətəndaşlar da Qarabağa köçürülə bilər. 

Lakin əvvəlcə Qarabağdan olanlar ora getməli, məcburi köçkün adından qurtulub yurdlarında məskunlaşmalıdırlar. Bundan sonra istənilən vətəndaşımız arzusunu bildirərək müvafiq qurumlara müraciət edib gedib Qarabağda təbii ki, yaşaya bilər”.

Xocalıdan olan millət vəkili vaxtilə Qarabağda bu cür təcrübənin yaşandığını da bildirib:

“1989-1990, hətta 1991-ci ildə Xocalı rayonuna digər bölgələrdən olan vətəndaşlar gəlirdilər. Həmin dövrdə Xocalı rayonuna mən rəhbərlik edirdim. Orada çoxlu iş yerləri yaratmışdıq, yeni mənzillər tikilmişdi və bu səbəbdən Azərbaycanın müxtəlif rayonlarından bizə müraciət edənlər olurdu. Biz də böyük məmnuniyyətlə onları qəbul edirdik və yerləşdirirdik. Həmin vaxt Xocalıda xeyli bu cür ailələr vardı. Bu gün də Xocalıya, Xankəndiyə və başqa ərazilərimizə vətəndaşların müraciətindən sonra köçmək mümkün olacaq. Bu məsələdə heç bir məhdudiyyət olmayacaq”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • İbrahim
    Salam men tovuz seherinde yasayiram 44 gunluk muharibede konullu yazilmiwam 3 evladim var evim yoxdu orda ev isdeyirem cox xais edirem komeklik gosderesiniz aillikce ora kocmek isdeyirem.0552220288 ibrahim
    29 days ago
  • Gunel Quliyeva
    Salam men 2 qrup gözden elilem kirayede qalıram evim torpağım yoxdur himayemde azyaşlı övladım var xahiş edirem mene yaşamaq üçün xankendinde ev verilerdi.Aldığım teqaüdü kirayeye verirem dolanışığım çox çetindir isdiyerdim 1 otaqda olsa öz evim olsun.Cenab prezidentime ve onun xanımı Mehriban xanımadır müracietim bir elil ana olaraq övladımın geleceyi üçün sizden kömek isdeyirem.
    2 months ago
  • Gunel Quliyeva
    Salam men 2 qrup gözden elilem kirayede qalıram evim torpağım yoxdur himayemde azyaşlı övladım var xahiş edirem mene yaşamaq üçün xankendinde ev verilerdi.Aldığım teqaüdü kirayeye verirem dolanışığım çox çetindir isdiyerdim 1 otaqda olsa öz evim olsun.Cenab prezidentime ve onun xanımı Mehriban xanımadır müracietim bir elil ana olaraq övladımın geleceyi üçün sizden kömek isdeyirem.
    2 months ago
  • GUNAY
    Salam men tek qadınam bir az yaşlı uşaqım var menide qarabağda evle temin ede bilersiz kirayede qalıram xaiş edirem kömeklik edin
    2 months ago
  • Cavid
    Salam Men Hesenov Cavid Fuzulli Rayonu Kerimbeyli Kende qediyyadiyam Qarabagda Xanikendi seherde meni menzilen temin edmeyinizi xayis edirem ozum fehile isdeyrem kiraya qalam aile uzvlerimnen ailede 5.neferik
    3 months ago
  • Kamal
    Salam mən şəki rayonun qoxmuq kəndində qeydiyyatdayam mən Xankəndində yaşamaq istəyirəm mənə ev düşürmü
    4 months ago
  • Yasəf semedov
    Salam özüm yarfimli rayonda qeytiyatindayam ama qarbax xan kendinde yaşmaqa isteyirem. Könülü.
    4 months ago
  • Banu
    Salam. Özüm. Kelbecer. Qacqiniyam. Atam anam qardaşım. Özüm qaçqın olmayan vetendasla. Ailə qurmuşam. Menə Qarabağdan ev düşür. Yoxsa necə?
    4 months ago
  • Məmmədli səməd
    Salam Men gənc Ailə olaraq evım olmadıgı ucun imkansız ailə olaraq Cox isteyrem konullu olaraq Qarabağa kocmek ısteyrem
    5 months ago
  • AKSANA
    salam Adım Aksana BALAKƏN Rayonun da yaşayıram iki oğlum var gənc ailəyik. Bizde Şuşada Qarabağda yaşamaq isteyirik
    5 months ago
  • Aksana
    salam biz gənc ailəyik bizə də Azad olunmuş torpaqlardan ev verseniz çox sevinəerik.İki oğlumuz var
    5 months ago
  • Həmidə
    Salam adim Həmidədi .3 uşağim var .Böyük oğlum Qubadli rayonunda əsgərdi.Yolfaşim ustadi.Xankəndi Xocali rayonlarimdan bizi ev verilsin istiyərdim.Yoldaşimda isləyərdi.Köməklik etsəz hər zaman sizə duaçi olariq.
    6 months ago
  • Aysel
    Salam mən və ailəmdə Qarabağda yaşamaq istəyirik. Gənc ailəyik iki övladım var. Övladlarımın Qarabağda böyüməsini istəyirəm.
    8 months ago
  • ŞEBNEM
    Salam biz de ailelikle qarabagda meskunlasib yasamaq istiyirik xais edirem bize de serait yaradasiz şekide yasayiriq ama evimiz yoxdu kireci qaliriq cox xais edirik ki qarabagda meskunlasib yasamaq ucun bize komeklik edesiz
    9 months ago
  • ŞEBNEM
    Salam men şekiden muraciet edirem xais edirem ki mene de qarabagda yasamaq ucun serait yaradasiz tesekkur edirem
    9 months ago
  • Aqil Huseynov
    Salam cənab prezidentimizin dediyi evlərlə bağlı hara müraciət edə bilərik zəhmət olmasa yönləndirə bilersinizmi
    9 months ago
  • Selale Abdullayeva
    Salam vaxtiniz xeyir. iki oglum var ikiside Herbicidi Qarabagda meskunlasib orada yasamagi cox istiyerdiy xais edirem aidiyyatı qurumlardan menim bu xahişimi de nezerde saxlasinlar
    9 months ago
  • Ayaz
    Salam menede komeylik gosderin qarabağda yaşamaq uçun doyşdyim yerlerde evim olmasni isdeyerem kirditle
    9 months ago
  • Ağayev Hüseyn
    Salam mən Ağayev Hüseyn Famil oğlu ailəliyəm Qarabağda yaşamaq isdəyirəm mənə köməklik göstərərməyinizi xaiş edirəm
    9 months ago
  • İlqar
    Salam Qarabağ da evim Olsun sonra orda toy edim sonra orda XaLqlma dövlətimə yaxşı bi usaq böyüdüm amin
    1 year ago
  • Samir Rzazadə
    Salam mən Samir Rzazadə Maddi vəziyyətim çox aşağı olduğundan illərdir özümə ev ala bilmirəm işimdə yoxdur fəhləyəm cənab prezidentimizdən və aidiyyəti qurumlardan xaiş edirəm ki daimi məskunlaşmaq üçün məni Qarabağda iş və evlə təmin edəsiniz
    1 year ago
  • Qismet
    Salam men Mirzeyev qismet kamil oglu Evliyem qarabagda yawamag isdirem xahis edrem muracietme baxn.
    2 years ago
  • Əfrəddin
    Salam aleykum allah şəhidlərimizə rəhmət eləsin qazilərə də can sağlığı versin inşəallah mən də işğal dan azad olunmuş ərazilər də qalmaq istəyirəm xaiş edirəm köməklik göstərərdiniz 050 637 58 89
    2 years ago
  • İbrahimov Niyaməddin
    Salam ayləli Qarabağda yaşamaq isdiyirəm buna köməklik gosdərəsiz xaysı edrəm0774674439
    2 years ago
  • Günel
    Salam Allah Bütün şəhidlərimizə rəhmət eləsin qazilərmize can sağlığı versın mende bır vətəndaş kımı işgaldan azad olunan ərazilərmzde yaşamaq istəyirəm bu menım üçün bır fəxridir
    2 years ago
  • Elgiz
    Salam men Əliyev Elgiz Allahverdi oğlu 44 günlük müharibə iştirakçısıyam işğaldan azad olunmuş ərazilərdə yaşamaq istəyirəm
    2 years ago
  • Sənan
    Salam mende orda yasamaq isteyirem
    2 years ago
  • Anar
    Salam menda bir azerbaycan vetandaşı olaraq Gözel qarabağmzda yaşmaq isderdim menim evim yoxdu
    2 years ago
  • Anar
    Oldu
    2 years ago
  • Anar
    Tamam
    2 years ago
  • Anar
    Tamam
    2 years ago
  • Zeynalova Nərgiz
    salam biz ailəlikcə qarabağda yaşamaq istəyirik.yoldaşım Zeynalov Sərxan 2 ildirki Qarabağda SAFYOR işləyir.Xahiş edirəm bizə orda məsgunlaşmaq üçün köməklik edərdiniz.hara müraciət edəcəyimizi bilmirəm
    2 years ago
  • Serxan
    Salam Menimde evim yoxdur.Mende orda yasamaq isteyirem.
    2 years ago
  • Xəyal
    Məndə Qarabağda yaşamağ isdiyrəm
    2 years ago
  • Xəyal
    Salam.Sizdən xaiş edirəm ki Mənədə Qarabağda yaşamaq köməklik və şarait yaradasız. Məndə Ölkəmizə və Cəmiyyətə Laiqli bir vətandaş olaraq Qarabağda Yaşıyım. Ölkəmizə və Cəmiyyətə Laiqli bir vətandaş olacaqıma da söz verirəm.Öncədən Təşəkkürlər.
    2 years ago
  • Ruslan Mahmudov
    Mən Göyçaylıyam,Xankəndiyə köçmək istərdim
    2 years ago
  • Gunka
    Salam nende orda yasamaq isteyirem xahis edirem komeklik edesiz
    3 years ago
  • Fail
    Salam məndə istırdim o torpağlarda yaşayım bakıda kirayılərdə sürünməydənsə
    3 years ago
  • Səidə
    Men Laçın sakini məcburi köçkün heç bizim evi sökübler bizim ailənin aldığı psixoloji tramma necə olacaq ,biz torpağımizda oz evimizi istəyirik
    3 years ago
  • Orkhan Sharif
    Bravo!
    3 years ago
  • Həmid Afşar
    İranda yaşayan türklərinə də İzin var mi Qarabağda yaşayan sinlar
    3 years ago