Köhnə binalardan mənzil almaq istəyənlərin sayı niyə artır? - Video

saytların hazırlanması

Evə çatdırılma

Köhnə binalardan mənzil almaq istəyənlərin sayı niyə artır? - Video

Sosial

26 Mart 2022 11:07 774


Yeni tikilən binalardan ev almaq istəyənlərin sayında kəskin azalma var.

Yenisabah.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Nofəl Quliyevin sözlərinə görə, xüsusən də iş adamları yatırım etmək üçün yeni binalardan yox, köhnə tikili olan üç və ya beş mərtəbəli binalaradan ev almağa daha çox maraq göstərirlər. Ekspertin fikirincə, buna səbəb həmin binaların bir çoxunun istisimar müddətinin başa çatması və gələcəkdə pilot layihə çərçivəsində yerində yeni binaların tiklilməsidir.

Ekspert deyir ki, dünyada baş verən son hadisələrdən sonra köhnə binalardan ev almaq istəyənlər təxminən 10-15 faiz artıb. pizza mizza

Nofəl Quliyev onu da deyir ki, Rusiya və Ukraynadan gətirilən tikinti materiallarının qiymətində bahalaşma olduğundan qarşıdakı aylarda yeni tikilən evlərin də qiymətinin artacağı istisina edilmir.

Rieltor Həşim Qədirov da deyir ki, Azərbaycan stabil ölkə olduğundan insanlar daha çox daşınmaz əmlaka kapital qoyurlar. Bu da onlar üçün risksiz hesab edilir.

Köhnə tikli binalardakı mənzillərə maraq çox olduğundan bu, qiymətlərə də təsir edib. Ekspert deyir ki, əvvəllər 50-60 min manata köhnə tikililərdən 2 otaqlı ev almaq mümkün idisə, indi 75-80 min manata qədər bahalaşma müşahidə edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!