Köhnə kənddə yeni adət: “Cinsi öyrənmə partisi” - “Qız olsa...”

saytların hazırlanması

Evə çatdırılma

Köhnə kənddə yeni adət: “Cinsi öyrənmə partisi” - “Qız olsa...”

Sosial

29 İyul 2026 12:15 228


“Uşağın cinsini öyrənib həngaməli qonaqlıq məclisləri qururlar. Nə fərqi var, qızdır, ya oğlan?! Hər iki halda övladdır. Belə çıxır ki, oğlan arzu etmisən, amma qız olubsa, aparıb zibilliyə atacaqsan?! Düşük hərəkətdir. Uşaq illər sonra dünyaya gəlirsə, bunun üçün nəsə qeyd etmək olar. Amma “cinsi öyrənmə partisi”ni adət halına gətirmək normal davranış deyil”.

Bunu “Yeni Sabah”a jurnalist Anar Vəziroğlu deyib.

Onun sözlərinə görə, əvvəllər bütün kişilər oğul arzulayırdı: pizza

“Yaşım 60-dan çoxdur. Əvvəllər şəhərdə 2, ya 3 uşaq dünyaya gətirir və baxmırdılar ki, doğulan qızdır, ya oğlan. Amma kənd yerində hər zaman oğlan sevdası olub. Oğul, bir növ, düşmən çəpəri hesab olunurdu.

Mənim ailəmdə də 4 qızdan sonra oğul dünyaya gəlib. Adını da Baba qoyublar. Anam 7 aylıq hamilə olanda atam onu Baba dağına aparıb ki, oğlu olsun. Təkcə atam yox, bütün kişilər istəyirdilər ki, yanlarında bir oğul olsun. Amma indi sosial durum zəifdir, çoxuşaqlılıq əlverişli deyil. 2 uşağı belə saxlamaq çox çətindir.

Vaxt var idi, küçədə ər-arvad yanaşı yol getmirdi. Mütləq şəkildə kişi bir neçə addım öndə gedirdi. Demirəm ki, bu, mədəniyyət simvoludur, amma qınaq deyilən bir şey vardı. İnsanlar bir-birindən utanırdı. İndiki hamıı şit-şit gülüb başqasının yanında ərinə, arvadına “sevirəm” deyir. Evdar xanımlar da sosial mediada bunlara baxıb ərlərinə deyirlər ki, görürsən də, necə bir-birini sevirlər? Sevirlərsə, atama lənət! Sevgi-zad yoxdur, hamısı fırıldaqdır!  

Gündə bir adət çıxarırlar. 30 yaşdan hamı yubiley qeyd edir. Keçmişdə bu cür tədbirlər 60 yaşdan sonra keçirilirdi. İndi yerindən duran özünə yubiley, ad günü keçirir. Bu nə adətdir? Məqsəd pul yığmaqdır, nədir, bilmirəm. Gələn də əliboş gəlmir axı. Mən şəxsən utanıram”.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!