Köhnə və təzə icra başçısını birləşdirən səbəb – “Ağçay-48”

saytların hazırlanması

Evə çatdırılma

Köhnə və təzə icra başçısını birləşdirən səbəb – “Ağçay-48”

İqtisadiyyat

08 Sentyabr 2020 12:46 2058


İsmayıllı Rayon İcra Hakimiyyəti ümumi maliyyə dəyəri 50 886.04 AZN olan 3 müqavilə imzalayıb. 

Yenisabah.az xəbər verir ki, müqavilələrdə ikisi “Girdman-E” MMC, biri isə “Ağçay-48” MMC ilə bağlanıb. Müqavilələrə əsasən “Girdman-E” MMC İsmayıllı şəhərində 1 və 2 saylı uşaq bağçalarını, “Ağçay-48” MMC isə  şəhər icra nümayəndəliyinin inzibati binasını təmir etməlidir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “Girdman-E” MMC 24 fevral 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin hüquqi ünvanı İsmayıllının Vəng kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Göyüşov Ədalət Lətif oğludur.  Dominos pizza

Açıq mənbələrdə “Girdman-E” MMC barədə heç bir məlumat yoxudr. Ədalət Göyüşova gəlincə, araşdırmalarımız nəticəsində bəlli olub ki, o, hakim Yeni Azərbaycan Partiyasının (YAP) xəttilə bələdiyyə seçkilərinə qatılaraq qalib gəlib. Ədalət Göyüşov hazırda Ruşan bələdiyyəsinin sədridir. Onun bələdiyyə sədri olmasının “Girdman-E” MMC-nin tenderdə qalib gəlməsində mühüm rol oynadığı şübhəsizdir. 

“Ağçay-48” MMC-yə gəlincə, 11 avqust 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı İsmayıllı şəhər, Aslanov küçəsi, ev 17-də yerləşən şirkətin qanuni təmsilçisi Osmanov Məhəmməd Xanalı oğludur. 

Mediada gedən xəbərlərə görə, Məhəmməd Osmanov MMC-nin formal sahibidir. Əslində isə şirkət İsmayıllının keçmiş icra başçısı Mirdamət Sadıqovun nəzarətindədir. 

“Ağçay-48” MMC-nin yerləşdiyi ünvanda  başqa bir şirkət də qeydiyyatdadır. Bu, “ÜlviMİ” MMC-dir. İddia olunur ki, bu şirkət də Mirdamət Sadıqovundur. Onun icra başçısı olduğu dönəmdə hər iki şirkət İsmayıllı Rayon İcra Hakimiyyətinin elan etdiyi tenderlərin daimi qalibləri olub. Bu şirkətlər əsasən rayondakı abadlıq işlərinə, inzibati binaların, bağçaların təmirinə cəlb ediliblər. 

Sentyabrın 5-də Mirdamət Sadıqovun icra başçısı postuna əlvida deməsindən 6 ayı tamam olub. Hazırda İsmayıllıya Nahid Bağırov rəhbrəlik edir. Onun sələfinin şirkətlərinə yaşıl işıq yandırması inandırıcı görünmür. Mümkündür ki, bu şirkərlər əvvəllər sadəcə Mirdamət Sadıqovla işbirliyində olub, indisə əl dəyişib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!