“Köklü dəyişiklik edilməsinin zamanı yetişib” - Nazirdən direktorlara xəbərdarlıq

“Köklü dəyişiklik edilməsinin zamanı yetişib” -
Sent 11, 2019 13:59
Oxunma sayı: 91

Xəbər verdiyimiz kimi, bu gün təhsil işçilərinin respublika konfransı baş tutub.

“Yeni Sabah”ın məlumatına görə konfransda çıxış edən təhsil naziri Ceyhun Bayramov işlərini yüksək səviyyədə görə bilməyən məktəblərdən danışıb:

"Bütün məktəblərdə tam orta təhsil səviyyəsində təhsilin yüksək səviyyədə təşkil edilməsi əsas hədəflərimizdəndir. Ancaq apardığımız təhlillər zamanı fərqli mənzərə görürük. Bəzi məktəblərdə arxayınçılıq var ki, məzunlar əlavə hazırlıq hesabına buraxılış və qəbul imtahanlarına müstəqil şəkildə hazırlaşa bilərlər. Artıq bu işdə köklü bir yanaşmanın və dəyişikliyin edilməsinin zamanı yetişib. Çünki bu gün məktəb rəhbərlərinin, yerli təhsil idarəetmə orqanları rəhbərlərinin əllərində olan alətlərin sayı qanunvericiliyə edilən dəyişiklik nəticəsində son bir neçə il ərzində xeyli artıb".

C.Bayramov deyib ki, bu gün şagirdlərin meyl və maraqları hesabına təmayül siniflərinin yaradılması imkanları var: "Eyni zamanda onların təhsillərinin növbəti pilləsində seçdikləri ixtisas üzrə ixtisasa uyğun olmayan fənlərin sayının azaldılması və ya keçirilməməsi məhz şagirdlərin maraqlarına uyğun fənlərin keçirilməsi imkanları mövcuddur".

 

Yenisabah.az