Kollec məzunları niyə Türkiyədə təhsil ala bilmir? - Ekspert açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Kollec məzunları niyə Türkiyədə təhsil ala bilmir? - Ekspert açıqladı

Sosial

08 İyul 2021 16:31 3502


“Azərbaycanda fəaliyyət göstərən 1 nömrəli Bakı Tibb Kolleci, 2 nömrəli Bakı Baza Tibb Kolleci və Sumqayıt Tibb Kollecinin diplomalarının Türkiyənin Milli Təhsil Nazirliyi tərəfindən peşə orta təhsili çərçivəsində qiymətləndirməsi nəzərdə tutulub. Bu yaxşı xəbərdir, amma yarımçıqdır”.

Yenisabah.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib. Ekspert ilk olaraq qeyd edib ki, hazırda Azərbaycanda kollec məzunları - diplomunda subbakalavr sözü olanlar Türkiyədə təhsil ala bilmir:

“Çünki Türkiyə bizim subbakalavr dərəcəsinin ekvivalentini müəyyən edə bilmir. İndi bizim subbakalavrı Türkiyədə peşə orta təhsili yüksək məslək səviyyədə tanıyırlar, bu bizim üçün azdır. Amma bütün hallarda yenə də yaxşıdır. Amma yaxşı olardı ki, ən azı ön lisans səviyyəsində tanıyardılar. İkincisi, yalnız tibb təhsili alanları yox, bütün ixtisaslar üzrə tanımaq lazımdır. Çünki kollec məzunları əziyyət çəkir, orda oxuya bilmir. Tibb ixtisası üzrə kollec bitirib Türkiyədə tibb təhsili alan yoxdur. Çünki orda tibb təhsili azı 7-10 min ABŞ dollarıdır. Kollec məzunları isə YÖS, SAT imtahanları verə bilmir”. pizza mizza

Kamran Əsədov problemdən çıxış yolunu da göstərib:

“Bütün subbakalavrlar Türkiyədə tanınmalı və ekvivalentlik verilməlidir.  Azərbaycanda IX sinifdən kolleclərə qəbul olanlara bitirəndə diplom ilə birlikdə 11 illik təhsil bazasından attestat verilməlidir. Yaxşı olar ki, Təhsil Nazirliyi bu uyğunluğun təkcə tibb kolleci məzunlarına yox, bütün kollec məzunlarına şamil olunmasına nail olar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!