Kollec tələbələrinə hərbi xidmətdən möhlət hüququ verilə bilər

saytların hazırlanması

Evə çatdırılma

Kollec tələbələrinə hərbi xidmətdən möhlət hüququ verilə bilər

Sosial

05 May 2023 14:51 502


"Orta ixtisas təhsili müəssisələrində oxuyan tələbələrə hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlı təkliflərimizi həm Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, həm də digər aidiyyəti qurumlara göndərmişik".

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev deyib.

O bildirib ki, burada tam möhlət hüququnun verilməsindən söhbət getmir: Dominos pizza

"Bildiyiniz kimi təhsil proqramını bitirməmiş tələbələri müddətli həqiqi hərbi xidmətə çağırırlar. Təklifimiz odur ki, onlar proqramı bitirdikdən sonra hərbi xidmətə getsinlər. Lakin təklifimizi nə dərəcədə dəyərləndirəcəklərini deyə bilmərəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!