Kollecdə yoxlama aparıldı, direktor müavini işdən çıxarıldı 

saytların hazırlanması

Evə çatdırılma

Kollecdə yoxlama aparıldı, direktor müavini işdən çıxarıldı 

Sosial

07 May 2024 14:50 477


Orta ixtisas təhsil müəssisələrində kadr potensialı və tədris prosesinin təkmilləşdirilməsi istiqamətində işlər davam edir. 

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Yenisabah.az-a verilən məlumata görə, Tovuz Dövlət Sosial-İqtisadi Kollecində tədris prosesinin təşkili ilə bağlı yoxlamalar aparılıb. 

Yoxlamanın nəticəsi olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 06.05.2024-cü il tarixli əmri ilə tədris işləri üzrə direktor müavini Nuranə Ələkbərova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.  Dördpendirli pizza

Qeyd edək ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 4 aprel 2024-cü il tarixli əmri ilə Kollecin direktoru Rizvan Qənbərovla bağlanmış əmək müqaviləsinə xitam verilib. Agentliyin müvafiq əmri ilə Hicran Əyyubova 01.05.2024-cü il tarixindən Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsinə təyin edilib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!