Kolleclərə qəbul olunanlara xəbərdarlıq – Bu abituriyentlər siyahıdan xaric ediləcəklər

Kolleclərə qəbul olunanlara xəbərdarlıq – Bu abituriyentlər siyahıdan xaric ediləcəklər
Sent 11, 2019 10:05
Oxunma sayı: 66

Ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün başa çatır.

“Yeni Sabah” xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.

Ümumi (9 illik)  və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə qəbul olunanlar bu gün saat 17:00-dək tələb olunan sənədləri qəbul olunduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olunduqları təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.

 

Yenisabah.az