Komandirini xilas etmək istəyərkən şəhid olan çavuş -   Video

saytların hazırlanması

Evə çatdırılma

Komandirini xilas etmək istəyərkən şəhid olan çavuş - Video

Sosial

20 Mart 2021 21:00 1059


Həsənov Hikmət Fikrət oğlu 15 iyul 1986-cı ildə Gəncə şəhərində doğulub. Gəncə şəhəri 16 nömrəli tam orta məktəbdə təhsil alıb. 2018-ci ilin iyun ayından Azərbaycan Ordusunda MAXE, daha sonra kiçik çavuş kimi çalışıb. 27 sentyabr 2020-ci ildə Murovdağda yaralı komandirini xilas etmək istəyərkən qəhrəmancasına şəhid olub.

Yenisabah.az-ın məlumatına görə, döyüş yoldaşları deyir ki, Hikmət ürəyindən snayperlə vurulan anda belə əlindəki silahı döyüş yoldaşlarına verib ki, sursatı düşmən əlinə keçməsin.

Nəşi 68 gün sonra tapılan Hikmət Həsənov dekabrın 6-da Gəncə Şəhidlər Xiyabanında dəfn edilib. Evli idi, Rüqəyya və Ruzi adlı iki övladı var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib. pizza mizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!