Komitə əməkdaşları zorakılığa məruz qalan azyaşlı ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Komitə əməkdaşları zorakılığa məruz qalan azyaşlı ilə görüşdü

Sosial

20 Fevral 2024 17:51 488


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Xəzər RİH-nin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın əməkdaşları atası tərəfindən fiziki zorakılığa məruz qalan azyaşlı və onun ailəsi ilə görüşüblər.

Yenisabah.az xəbər verir ki, Şüvəlan UADM-in psixoloqu, sosial iş üzrə mütəxəsis və sosial pedaqoqunun iştirakı ilə zərərçəkmiş şəxsin ailəsinə səfər olunub.

Lalə Məmmədova (şərti ad) və əri Elnur Məmmədovla 2017-ci ildən ailə qurublar. Onların bu nikahdan 3 qız övladı dünyaya gəlib. Zərərçəkmiş uşaqların daimi olaraq ataları tərəfindən fiziki zorakılığa məruz qaldığı haqqında məlumat verib. Dəfələrlə ayrılmaq istəsə də valideynlər buna razılıq verməyib. Hazırda qadın nikahın pozulması üçün məhkəməyə müraciət edəcəyini bildirib. Marqarita pizza

Mütəxəssislər uşaqlarla ətraflı söhbət aparıb, psixo-sosial dəstək göstərilib. Komitənin Şüvəlan UADM tərəfindən uşaqların psixoloji reabilitasiyaya cəlb olunması nəzərdə tutulur.

Xatırladaq ki, fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. E.Məmmədov polis tərəfindən saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!