Komitə sədri: 65 yaşında olan heç bir müəllim təqaüdə getmək istəmir

saytların hazırlanması

Evə çatdırılma

Komitə sədri: 65 yaşında olan heç bir müəllim təqaüdə getmək istəmir

Sosial

29 Mart 2024 13:58 373


Azərbaycanda 65 yaşında olan heç bir müəllim təqaüdə getmək istəmir. O cümlədən, səhiyyə sahəsində çalışanlar bununla razılaşmır.

Yenisabah.az “Report”a istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputatın sözlərinə görə, onlar xahiş edirlər ki, yaş həddi uzadılsın: Marqarita pizza

“Neft şirkətində isə 65 yaşında təqaüdə göndərilən şəxslər ağlaya-ağlaya gedirlər. Nazirlər Kabinetinin müəyyənləşdirdiyi 300-dən artıq sahə var ki, o sahələrdə çalışanlar erkən pensiyaya çıxa bilərlər. AMEA-da, dövlət qulluğunda çalışanlar 65 yaşda təqaüdə getmək istəmirlər. 65 yaşında kişi gedib bina tikə, daş qaldıra bilməz. Amma 65 yaşında kişi auditoriyaya girib mühazirə oxuya bilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!