Komitə sədri: Bələdiyyələr yersiz cərimələnir

saytların hazırlanması

Evə çatdırılma

Komitə sədri: Bələdiyyələr yersiz cərimələnir

Sosial

19 Fevral 2024 13:15 413


Bir sıra hallarda bələdiyyələr yersiz cərimələrə məruz qalır və bu, yaxşı hal deyil.

Yenisabah.az “Report”a istinadla xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsində deyib.

Onun sözlərinə görə, bələdiyyələr səlahiyyətlərinə aid olmayan məsələlərlə yüklənir: “Hardasa ağac quruyur, yaxud da yaşıllıq sulanmır deyə, buna bələdiyyə cavab verməlidir. Bundan başqa, haradasa tullantı var bələdiyyə bunun üçün cərimələnməlidir. Bu, düzgün deyil və bələdiyyələrin nüfuzuna həddindən artıq ziyan vurur. Məhkəmələr qarşısına gedirlər, hörmətdən düşürlər. Hesab edirəm ki, biz bu barədə düşünməliyik. Çünki bu sahə ilə bağlı ayrı-ayrı adamlar məşğul olur. Ona görə də bu kimi nöqsanlar aradan qaldırıla bilər”. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!