Komitə sədrindən mediaya: Qadınlarla bağlı təfərrüatı yaymayın

saytların hazırlanması

Evə çatdırılma

Komitə sədrindən mediaya: Qadınlarla bağlı təfərrüatı yaymayın

Sosial

25 Oktyabr 2023 12:22 328


"Media qadınlarla əlaqəli hər hansı bir xəbər verəndə bütün detalları açıq şəkildə yayır. Bu xəbərdən sonra həmin qadının aqibəti barədə düşünülmür. Bu hal bizi çox narahat edir".

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.

“Qadın bu kimi xəbərlərdən sonra harada və necə yaşayacaq?! Yaxud hansısa hadisədən sonra barışıq və ya nəsə olsa, həmin qadın çox sıxıntı çəkəcək. Bax, bu məsələdə müəyyən boşluqlar var və aradan qaldırılması üçün mətbuatla işləmək lazımdır”, - deyə o vurğulayıb. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!