“Kommunikasiyaların açılması ilə bağlı fəal müzakirələr aparılır“   - Erməni nazir

saytların hazırlanması

Evə çatdırılma

“Kommunikasiyaların açılması ilə bağlı fəal müzakirələr aparılır“ - Erməni nazir

Rəsmi

17 Mart 2022 17:43 614


"Ermənistan regionda sülhün bərqərar olmasına önəm verir".

Yenisabah.az "Aysor"a istinadla xəbər verir ki, bunu ermənistanın ərazi idarəetmə və infrastrukturlar naziri Qnel Sanosyan deyib.

Bu gün o, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Aİ-nin xüsusi nümayəndəsi mandatı çərçivəsində Ermənistan və Azərbaycana münaqişənin aradan qaldırılmasında və münasibətlərin nizamlanmasında köməklik göstərməyə çalışacağını bildirib, kiçik addımların, o cümlədən infrastrukturun təkmilləşdirilməsi istiqamətində atılmasının vacibliyini qeyd edib.

Nazir vurğulayıb ki, Ermənistan regionda sülhün bərqərar olmasına önəm verir və hazırda nəqliyyat kommunikasiyalarının açılması məsələsi ətrafında fəal müzakirələr aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!