Kondisionerdən istifadə edənlərə kritik xəbərdarlıq: Bu səhvi etməyin

saytların hazırlanması

Evə çatdırılma

Kondisionerdən istifadə edənlərə kritik xəbərdarlıq: Bu səhvi etməyin

Sağlamlıq

15 İyul 2026 11:46 196


Yay istisində sərinləmək üçün istifadə olunan kondisionerlər düzgün işlədilmədikdə sağlamlıq üçün ciddi risk yarada bilər. Mütəxəssislər xəbərdarlıq edirlər ki, kondisionerin filtrinə vaxtında qulluq edilməməsi və otağın havalandırılmaması müxtəlif tənəffüs yolu xəstəliklərinə səbəb ola bilər.

"Yeni Sabah" xəbər verir ki, bu barədə sinə xəstəlikləri üzrə mütəxəssis, türkiyəli professor Tevfik Özlü danışıb.

Onun sözlərinə görə, yay aylarında kondisionerlərdən istifadə qaçılmaz olsa da, onlardan düzgün qaydada istifadə edilməlidir: Sezar pizza

"Kondisionerlərin texniki baxımı mütləq vaxtında aparılmalı, filtrləri dəyişdirilməli və yuyulmalıdır. Kondisioner işləyərkən vaxtaşırı qapı və pəncərələr açılaraq otaq havalandırılmalıdır. Çünki kondisioner eyni havanı dövriyyəyə buraxır, nəticədə otaqdakı hava tədricən çirklənir və oksigen azalır. Bu da virus və bakteriyaların yayılma riskini artırır".

Professor bildirib ki, kondisioner üçün ən uyğun otaq temperaturu 23-24 dərəcədir və onu bundan aşağı temperaturda işlətmək məsləhət görülmür.

"Çöldə temperatur 40 dərəcəni keçdiyi halda birbaşa 17 dərəcəlik otağa daxil olmaq orqanizm üçün düzgün deyil. Həmçinin kondisionerin hava axını birbaşa insanın üzərinə yönəlməməlidir. Ən yaxşısı hava axınının yuxarı istiqamətə verilməsidir", – deyə o qeyd edib.

Mütəxəssisin sözlərinə görə, kondisionerdən düzgün istifadə edilmədikdə yuxarı tənəffüs yollarının infeksiyaları, boğaz və göz qıcıqlanması, allergik reaksiyalar, bronxit, öskürək, burun axması, gözlərdə qızartı kimi problemlər yarana bilər.

O əlavə edib ki, kondisionerin qarşısında uzun müddət oturmaq əzələ spazmı, qıcolma, boyun tutulması və baş ağrısına səbəb olur.

Professor xüsusilə avtomobildə və qapalı məkanlarda kondisioneri işə salmazdan əvvəl məkanın qısa müddət havalandırılmasının vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, təmiz hava dövriyyəsi sağlamlıq baxımından böyük əhəmiyyət daşıyır.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!