Könüllü olaraq orduda xidmət etmək istəyənlərə MÜRACİƏT:   Bu gündən etibarən...

saytların hazırlanması

Evə çatdırılma

Könüllü olaraq orduda xidmət etmək istəyənlərə MÜRACİƏT: Bu gündən etibarən...

Sosial

17 İyul 2020 17:28 5741


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) vətəndaşlara müraciət edib.

Dövlət Xidmətindən Yenisabah.az-a daxil olan məlumatda bildirilib ki, könüllü olaraq orduda xidmət etmək istəyən vətəndaşlar bu gündən Xidmətin www.seferberlik.gov.az saytında aşağıdakı keçid vasitəsilə öz müraciətlərini elektron qaydada həyata keçirə bilərlər.

https://exidmet.seferberlik.gov.az/Volunteer/Service pizza mizza

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısını almaq və insanların sağlamlıq təhlükəsizliyini təmin etmək məqsədilə müəyyən olunmuş tələblərə əməl edilməsi, respublikamızda və xaricdə yaşayan vətəndaşların rahatlıqlarının, müraciət imkanlarının daha əlçatanlığının, həmçinin çoxsaylı vətəndaş müraciətlərinin qeydiyyatının operativliyinin təmin olunması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yeni elektron xidmət istifadəyə verib.

Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar Xidmətin aparatına, yerli idarə, şöbə və bölmələrinə könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək və lazımi köməklik göstərmək istəyən vətəndaşlarımız tərəfindən çoxsaylı müraciətlər daxil olmaqdadır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Bilohər Əliyev
    Salam. Əsgəri xidməti milli qvardiya. 2001 ci il gizirlər məktəbinin məzunuyam. İşdən gizir rütbəsində təxris olunmuşam. Yenidən ordu sıralarına geri dönmək istərəm.
    4 years ago
  • Tural
    Mən könüllü olaraq qalan torpaqlarımızı düşmən tapdağından azad edilməsi üçün könüllü olaraq ordu sıralarına çağrılmağımı isdəyirəm 44 günlük müharibənin işdirakçısıyam
    5 years ago
  • Pərviz
    Mən Şeydayev pərviz imran oğlu mən könüllü orduda xidmət etmək istəyirəm xaiş edirəm mənidə ordu sıralarına çağırasınız
    5 years ago