Könüllülər 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad etdilər - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Könüllülər 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad etdilər - Fotolar

Sosial

20 Yanvar 2022 19:40 774


Xalqımızın qan yaddaşına qəhrəmanlıq tarixi kimi həkk olunmuş 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə ölkənin aparıcı könüllü təşkilatlarını təmsil edən Azərbaycan könüllüləri Şəhidlər Xiyabanını ziyarət ediblər.

Yenisabah.az xəbər verir ki, könüllülər ölkəmizin müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla yad edərək məzarları üzərinə qərənfillər düzüb, onların xatirəsini heç vaxt unutmayacaqlarını və hər zaman uca tutacaqlarını bildiriblər.

20 yanvar şəhidlərinin başladığı yolda inamla addımlayan xalqımız həm dövlət müstəqilliyini əldə etmiş, həm Ulu öndər Heydər Əliyevin sayəsində bu müstəqilliyi möhkəmləndirmiş, həm də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun sayəsində ərazi bütövlüyümüzü bərpa etmişdir. Sezar pizza

Yaşasın müstəqil, qüdrətli Azərbaycan dövləti!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!