“Könüllülər yol təhlükəsizliyinin təşviqində” layihəsi həyata keçirilib

saytların hazırlanması

Evə çatdırılma

“Könüllülər yol təhlükəsizliyinin təşviqində” layihəsi həyata keçirilib

Sosial

26 İyul 2026 09:26 503


Azərbaycan Könüllülər İctimai Birliyi və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə “Könüllülər yol təhlükəsizliyinin təşviqində” adlı layihə keçirilir.

"Yeni Sabah" xəbər verir ki, layihənin əsas məqsədi gənclərin yol hərəkəti təhlükəsizliyi sahəsində bilik və bacarıqlarının artırılması, ictimai maarifləndirmənin gücləndirilməsi və təhlükəsiz yol hərəkəti mədəniyyətinin təşviqinə könüllülərin fəal cəlb edilməsidir.

Layihə çərçivəsində iştirakçılar üçün yol təhlükəsizliyi, ictimai nəqliyyatdan düzgün istifadə, mikromobillik vasitələrinin təhlükəsiz idarə olunması və piyadaların məsuliyyəti ilə bağlı maarifləndirici sessiyalar təşkil olunub. pizza hut

Tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Xeyrəddin Ağayev, “Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mikromobillik şöbəsinin əməkdaşları, o cümlədən Leyla Seyidova, həmçinin BMT-nin Məskunlaşma Proqramının Təbliğat və Layihələr üzrə baş məsləhətçisi Məleykə Tağızadə çıxış ediblər.

Mütəxəssislər yol hərəkəti qaydalarına əməl etməyin əhəmiyyəti, təhlükəsizlik vərdişlərinin formalaşdırılması və müasir şəhər mobilliyi ilə bağlı iştirakçılara ətraflı məlumat veriblər. Tədbir zamanı mövzuya dair maarifləndirici videoçarxlar nümayiş olunub, interaktiv müzakirələr aparılıb və könüllüləri maraqlandıran suallar ətraflı cavablandırılıb.

Qeyd edək ki, layihə könüllülərin yol təhlükəsizliyi sahəsində maarifləndirici fəaliyyətlərdə daha fəal iştirakını təşviq etməklə yanaşı, onların bu istiqamətdə əldə etdikləri bilikləri cəmiyyətə çatdırmalarına da dəstək göstərməyi hədəfləyir.

Aytəkin Əzizqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!