Könüllülük əməyin istismarıdır? - “O zaman hesab oluna bilər ki...”

saytların hazırlanması

Evə çatdırılma

Könüllülük əməyin istismarıdır? - “O zaman hesab oluna bilər ki...”

Sosial

17 Avqust 2026 15:03 276


“Könüllü fəaliyyət dedikdə, qanunvericiliklə qadağan olunmayan, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət başa düşülür. Bu zaman könüllü olan şəxs öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti şəxsən həyata keçirir. Bu baxımdan könüllü fəaliyyət əməyin istismarı hesab olunmur”.

Bu sözləri “Yeni Sabah”a hüquqşünas Aqşin İsgəndərzadə deyib.

Mövzuya müraciət təsadüfi deyil. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov öz “Facebook” səhifəsində yazıb: “Dövlətə tabe olan (açıq, qapalı səhimdar cəmiyyətləri və s.) təsərrüfat subyektləri əməyin istismarının yeni formasını tapıblar. Könüllüləri cəlb etməklə”. pizza sifarişi

 O bildirib ki, QHT-nin nizamnamə fəaliyyətinə uyğun olmayan, əksinə təsərrüfat subyektinin fəaliyyətinə aid işlərə cəlb edilirsə bu qanunun pozulmasıdır və məcburi əməkdir:

“Baxırsan könüllünün geyimidə təsərrüfat subyektinin logosu filanı. Amma məsələni ictimailəşdirən kimi məlum olur ki, bu təsərrüfat subyekti sən demə bir QHT təsis edib və könüllüləri də həmin QHT cəlb edir. Bu tər-təmiz istismardır, sadəcə vasitəçinin əli ilə. Əgər könüllü QHT-nin nizamnamə fəaliyyətinə uyğun olmayan, əksinə təsərrüfat subyektinin fəaliyyətinə aid işlərə cəlb edilirsə bu qanunun pozulmasıdır və məcburi əməkdir”.

Öz növbəsində, Aqşin İsgəndərzadə bildirib ki, könüllü fəaliyyət o vaxt əməyin istismarı hesab oluna bilər ki, qanunda nəzərdə tutulmuş könüllü fəaliyyətin istiqamətlərindən kənara çıxılsın:

“Könüllü fəaliyyət o vaxt əməyin istismarı hesab oluna bilər ki, qanunda nəzərdə tutulmuş könüllü fəaliyyətin istiqamətlərindən kənara çıxılsın. Məsələn, ətraf mühitin mühafizəsi üzrə fəaliyyəti həyata keçirən müəssisə könüllüyə mühasibatlıq işləri gördürürsə, bu hal əməyin istismarı kimi qiymətləndirilə bilər. Könüllü fəaliyyət əmək fəaliyyətindən fərqləndiyindən Əmək Məcəlləsi könüllülük münasibətlərini tənzimləmir. Könüllü fəaliyyət, "Könüllü fəaliyyət haqqında" Qanunu ilə tənzimlənir”.

Hüquqşünas əlavə edib ki, könüllü fəaliyyət münasibətləri tərəflər arasında bağlanmış müqavilə ilə tənzimlənir:

“Könüllü fəaliyyət könüllünün daimi yaşadığı yaşayış məntəqəsinin hüdudlarından kənarda həyata keçirildikdə könüllünün gündəlik xərclərin ödənilməsini tələb etmək hüququ var. Gündəlik xərclər dedikdə, əsasən, yemək və yol xərcləri nəzərdə tutulur. Könüllü fəaliyyət münasibətləri tərəflər arasında bağlanmış müqavilə ilə tənzimlənir. Əgər müqavilədə könüllünün gələcəkdə işlə təmin olunacağı ilə bağlı hər hansı şərt nəzərdə tutulubsa, bu şərtin yerinə yetirilməməsi müqavilə şərtlərinin pozuntusu kimi qiymətləndirilərək mülki qaydada məhkəmədə mübahisələndirilə bilər. Lakin qanunda bu cür hallarla bağlı məsuliyyət nəzərdə tutulmur”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!