“Koroğlu” metrostansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq

saytların hazırlanması

Evə çatdırılma

“Koroğlu” metrostansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq

Sosial

02 Avqust 2023 12:07 669


Bu gün “Qarabağ” Futbol Klubunun beynəlxalq oyunu ilə əlaqədar "Bakı Metropoliteni" QSC-nin “Koroğlu” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Yenisabah.az xəbər verir ki, qarşılaşmanın başlanma vaxtı ərəfəsində stansiyada iş rejimi dəyişdiriləcək.

Stansiyadan stadiona yollanacaq sərnişinlərin yönləndirilməsi, rahatlığı və təhlükəsizliyinin təmin olunması məqsədilə növbətçilik cədvəli tərtib edilməklə işçi qüvvəsi ayrılacaq. Toyuqlu pizza

Gün ərzində qatarların hərəkət qrafiki yay iş rejimin tələblərinə uyğun tənzimlənəcək. Ehtiyat qatarların xəttə verilməsi diqqətdə saxlanılacaq. Oyuna çoxsaylı azarkeş marağını nəzərə alaraq, görüş qurtardıqdan sonra sərnişinlərin mənzil başına təhükəsiz və rahat çatması üçün qatarların daha intensiv hərəkəti təmin ediləcək. Zərurət yarandığı halda, ehtiyat qatarların müvafiq istiqamətlərdə xəttə buraxılması xüsusi nəzarət altında təşkil olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!